• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1530
— 18.02.2021 17:08

"Şuşa xalçalarının İrəvanda sərgilənməsi ermənilərin növbəti oğurluğudur"

KepezTV Player

Mədəniyyət Nazirliyi Şuşa xalçalarının Ermənistanda sərgisinin keçirilməsi ilə bağlı bəyanat yayıb. "Sərgidə təqdim olunacaq dırnaqarası “Arsax” adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi olan Qarabağa məxsus milli irs nümunələrimizdir. Bu sərgi ermənilərin növbəti oğurluğu və qeyri-qanuni mənimsəməsidir", - deyə bəyanatda vurğulanır. "Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əsrlər boyu burada toxunan xalçalardakı kompozisiya, naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir", - deyə nazirlikdən qeyd olunub.