• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 18.02.2021 12:46

Yollardakı vəziyyət açıqlanıb

KepezTV Player

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yollardakı vəziyyəti açıqlayıb. Yevlax-Gəncə-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunda marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağıb. Hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Hacıqabul–Ucar–Yevlax yolunda gecə saatlarında zəif qar yağıb, Hacıqabul rayonu ərazisində yolda buzlaşma olub. Hazırda hərəkət təmin olunub. Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunda Daşkəsən rayonu ərazisinə 30-60 sm qalınlıqda qar yağıb, 3-4 dərəcə şaxta var. Yollar qardan təmizlənərək qum-duz səpilir. Şəmkir-Gədəbəy yolunda hazırda yağıntı yoxdur. Gecə saatlarında güclü qar yağıb və şaxta olub. Hazırda duz-qum səpilir. Avtomobillərin hərəkəti təmin olunur.