• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 817
— 18.02.2021 16:28

Güclü yağan qar fəsadlar törətdi

KepezTV Player

Ötən gündən başlıyaraq ölkənin qərb bölgəsinə yağan güclü qar bir sıra fəsadlara yol açdı. Gəncədə şəhər əhalisinin müəyyən hissəsi işıqsız qaldı, yağan qarın ağırlığına ağaclar da tap gətirmədi.

Yağan qarın təsirindən Gəncədə 20-ə yaxın iri gövdəli ağacı aşıb. Parkrlarda və yol kənarlarındakı ağacların budaqları qarın ağırlığına tap gətirməyib. Nəticədə avtomobillərin və piyadaların hərəkətində çətinliklər yaşanıb. Yaşanan problemlərin aradan qaldırılıması istiqamətində Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin 4 briqadası fəsadların aradan qaldırılmasına cəlb edilib.

Elmar Əzizov  Yaşıllaşdırma İdarəsinin müdiri: Gecəynən Atatürk prospektində ağacların budaqları qarın ağırlığından qırılaraq yolları kəsmişdi. Bizim işçilərimiz gecə saat 11-ə kimi yolları açdı. Yolları kəsən ağacları biz götürdük. Səhər saatlarından başlamışıq parklarımızda, yollarımızda, qəsəbələrimizdə fəsad verən ağac qırıntılarını götürməyə. Hazırda Xanbındayıq burda da neçə illik akasiya, küknardı, bunların budaqlarını qırıbdır. Tərəfimizdən bunlar budanaraq parklardan çıxarılır.

Ötən gün Gəncəyə yağan güclü qar şəhərin Fizuli parkında da ciddi fəsadlar törədib. Qarın ağırlığından parkda olan 5 ədəd iri gövdəli ağac aşmışdı.

Kamal Həsənli Fizuli parkının aqronomu: Bizim parkda şam və sərv ağacları var onlar qırılıblar. Hazırda onlar kəsilir, təmizlənilir hamısı səliqəyə salınır. Şəhərimizin hər yerində yaşıllaşdırma idarəsi fəaliyyət göstərir. Fikrət Əmirov, Fizuli parkı, Nizami Gəncəvi prospektində də qırılan ağaclar var ki, hazırda da hamısı təmizlənir.

Yüksək gərginlikli elektrik xəttinin qırılması səbəbindən şəhərin bəzi ərazilərinə elektrik enerjisinin verilişi də dayanıb. Yaranan problemin aradan qaldırılması üçün aidiyyatı qrumların səyi nəticəsində artıq Gəncənin əksər hissəsinə elektrik enerjisi verilib. Hazırda işlər davam etdirilir və qısa müddətdə tam yekunlaşdırılacaq.

Elnur Vahidoğlu