• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 17.02.2021 19:30

Bölgələrdə vaksinasiyanın növbəti mərhələsi başlayıb

KepezTV Player

Şəmkir və Göygöldə COVID-19 infeksiyasına qarşı vaksinasiyanın növbəti mərhələsinə başlanılıb. Bu dəfə 50 yaşdan yuxarı vətəndaşlar peyvənd olunurlar.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında  bu günədək 2000-ə yaxın şəxsə peyvənd vurulub. Onlardan təxminən 500-ə qədəri yaşı 65-dən yuxarı olan şəxslərdir. Bu məqsədlə rayona 2666 doza vaksin göndərilib. Əhali arasında aparılan maarifləndirmə işləri yaşı 50-dən yuxarı şəxslərin könüllü olaraq tibb müəssisəsinə müraciət etməsinə sövq edib. Tibb işçiləri və könllülər vətəndaşların onlayn qeydiyyatdan keçirilməsinə köməklik göstərir.

Raqif Babayev sakin Çaparlı kəndindən gəlmişəm. 69 yaşım var. Dedilər virusa görə peyvənd olunur məndə gəldim.

Qəşəm Kərimov sakin Mən Şəmkir rayonunun Muşfiq Qəhrəmanov küçəsindən könüllü gəlmişəm özümüdə əla hiss edirəm. Vaksinasiyada yenicə çıxmışam. Hal-hazırda 71 yaşım var.

Göygöldə bu günə kimi 1000-ə yaxın şəxs  COVID-19-a qarşı peyvənd olunub. Yaşı 50-dən yuxarı olanların vaksinasiyası üçün həkim müayinəsi, qeydiyyat və vaksinasiya otaqları təşkil edilib. Peyvənd vurulan vətəndaşlar 30 dəqiqə ərzində nəzarət altında saxlanılır və səhhətində hər hansı bir problem olmadıqda evə buraxılırlar.

Yusif İsmayılov sakin Göygöl rayonunun Zurnabad kəndindən gəlmişəm. Gəldim vaksin vurdurdum. Heç bir şikayətim yoxdur.

Vasif Əliyev Göygöl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Bu günədək vaksinasiya olan şəxslərin heç birində əlavə təsir müşühidə edilməyib. Allargik reaksiyalar baş verməyib. Proses bu gündə davam edir. Bizim Təcili Tibbi yardım briqadalarıda evlərdə xəstəxanaya gələ bilməyən şəxslərin vaksinasiyasını həyata keçirirlər.

Təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçilərinə, müəllimlərə, hüquq-mühafizə orqanı əməkdaşlarına vurulur.

Natiq Hüseyn