Zəngilan rayonunun Babaylı kəndi də doğma yaşayış məntəqələrindən biridir. 1993-ci ildə erməni işğalı altına düşən kənd ötən ilin 21 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Babaylı kəndi 1917-ci ildə Baba Yaqublu adı ilə qeydə alınıb. Görünür, sonralar oykonimin ikinci komponenti ixtisara uğrayıb. Məlumat da var ki, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Babaylı kəndindən köçüb gələnlər saldığına görə belə adlandırılıb.
Xocavənd rayonunun Hünərli kəndindən də videogörüntülər yayımlanıb. Qədim adı Zakuri olan kənd sonradan Zakirli adlandırılıb. 1992-ci ildən kənd indiki adını daşıyır. Elə həmin ilin oktyabrında işğal altınma düşən yaşayış məskəni 2020-ci il 7 noyabrında düşməb taptağından azad edilib.
- Baxış: 227