KepezTV Player
“The Wall Street Journal” nəşri Ermənistanın Dağlıq Qarabağı işğalı nəticəsində didərgin düşmüş insanlar və Azərbaycanın öz ərazilərini azad etməsi haqqında reportaj hazırlayıb. Qeyd olunur ki, Ermənistan silahlı birləşmələrinin Dağlıq Qarabağ və ətraf ərazilərə təcavüz edərək minlərlə azərbaycanlını ev-eşiklərindən didərgin salmasından təqribən 30 il keçir. Ötən ilin payızında Azərbaycanın öz ərazilərini bərpa etməsindən sonra köçkün düşmüş insanlar öz dədə-baba yurdlarına qayıdacaqlarını ümidlə gözləyirlər. Reportajda, həmçinin ərazilərin viran qoyulması məsələsinə toxunulur, dağıntıların miqyasının çox olduğuna diqqət çəkilir.
- Baxış: 343