Biz onlarla hər zaman çörəyimizi bölmüşük, əvəzində gördüyümüz isə düşmənçilik, xainlik olub. Bəli, söhbət mənfur qonşularımızdan gedir. O qonşular ki, əllərinə fürsət düşən kimi sahib olduğumuz torpağa, mədəniyyət nümunələrimizə, musiqilərimizə, hətta milli xörəklərimizə belə göz qoyublar və bütün dünyaya özlərinin olmayanı özlərininki kimi tanıtmağa çalışıblar. Amma haqq nazilsə də, üzülmür, bir gün mütləq öz yerini tapır. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azadlığı da bunu sübut edir. Xocavəndin Edilli kənd mətkəbində təhsil alan soydaşımız ermənilərlə bağlı maraq doğuran xatirələrini bizimlə bölüşüb. İzləyək və tarixən onların hansı məkrli planlar qurduğuna bir daha şahid olaq.
Xocavənd rayonunun Edilli kəndi Qarabağ silsiləsinin cənub-şərq ətəyindədir. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Eydilli kəndi olaraq keçir. 2 oktyabr 1992-ci ildə işğal edilən kənd 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bir zamanlar evlərindən qovulanlar doğma torpağa geri dönüblər. Onlardan biri də bu kənddə təhsil alan Axullu sakini Namiq Hüseynovdur.
Dayandığımız yer müsahibimiz üçün ağrılı bir xatirənin məkanıdır. İllər öncə bu yerdə ermənilər ona hücum edərək öldürmək istəyiblər.
Bütün bu xoşagəlməz xatirələrdən sonra xoş anlara da qayıdırıq. Ən qayığısız günlərə şahidlik edən məktəb xatirələrinə...
Edillidə ilk məktəb binası bu ərazidə yerləşib. Hazırda siz onun qalıqlarını görürsünüz. Daha sonra məktəb yararsız hala düşüb və qarşı tərəfdə yeni məktəb inşa olunub. Orada da azərbaycanlı və erməni şagirdlər birgə təhsil alıblar.
Əzəli torpaqlara qayıtmağın sevincini və şərəfini yaşamaq şəhidlərin canı bahasına başa gəldi. Hər birimiz onlara ömrümüzün sonuna kimi borcluyuq.
- Baxış: 353