KepezTV Player
Balakən Rayon Polis Şöbəsinə Gərəkli kəndində evlərin birindən qızıl-zinət əşyaları və 250 manat pulun oğurlanması barədə müraciət daxil olub. Hadisə yerinə baxış keçirilib, əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin Yevlax rayon sakinləri, keçmiş məhkumlar - Təranə Koldar və Bəsti Nadirova olduqları müəyyən edilib. Araşdırmalarla məlum olub ki, dilənçilik edən həmin qadınlar evdə heç kimin olmamasından istifadə edərək ora daxil olublar, pulu və qızılları götürərək uzaqlaşıblar. Qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. İstintaq aparılır.
- Baxış: 630