KepezTV Player
Bu gündən səhiyyə işçilərinin ikinci doza vaksinasiyasına başlanılır. İlk peyvənd vurulmasından 28 gün sonra ikinci doza vaksin tətbiq olunur. Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. **TƏBİB Azərbaycanda istifadə edilən koronavirus vaksininin effektivliyinin müddətini də açıqlayıb. Qeyd olunur ki, Türkiyədə aparılan tədqiqatların nəticələrinə əsasən, vaksinin effektivliyi 92 faizdir: “Vaksinin insanda yaratdığı immunitetin minimum müddəti 1 ildir. Maksimum müddət isə hələ təsdiqlənməyib” .
- Baxış: 427