• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1948
— 14.02.2021 19:38

Studiya qonağımız Millət Vəkili Müşfiq Cəfərovdur

KepezTV Player

Koronavirus bu gün dünya ölkələrinə çox böyük mənfi təsirlər göstərir. COVİD-19 pandemiyasının zərər vurduğu sahələrdən danışarkən idmanı qeyd etməmək düzgün olmazdı. Planetin ən mötəbər idman bayramı olan Olimpiya Oyunları, dünya, Avropa və bir sıra nüfuzlu beynəlxalq yarışlar məhz koronavirus pandemiyası səbəbindən ya ləğv olunub, ya da başqa tarixə təxirə salınıb. Koronavirusa görə təkcə yarışlar deyil, məşqlər də dayandırılıb. Bu isə idman sahəsində çalışanları narahat edən məqamlardandır. Millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov son günlərdə idman zallarının açılması təşəbbüsü ilə çıxış edir, bu yöndə təkliflərini dilə gətirir. Elə bu mövzüda daha ətraflı danışmaq üçün Müşfiq Cəfərovu studiyamıza qonaq çağırmışıq. Konfrans otağında olan millət vəkilinə bağlanırıq.