• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 782
— 14.02.2021 19:44

Uşaq bağçalarında hazırlıq işləri başa çatıb

KepezTV Player

Koronavirusa qarşı tədbirlərin effektivliyi yoluxma sayını azaltdığından ölkədə uşaq tərbiyə müəssisələri də fəaliyyətini bərpa edir. Fevralın 15-dən qapılarını fidanların üzünə açacaq uşaq bağçalarında son hazırlıq işləri tamamlanmaq üzrədir. Şəmkir də bu baxımdan istisna deyil.

Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə bərpa edilir. Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən məktəbəqədər təhsil müəssisələrində sanitar-təmizlik və dezifkesiya işləri görülüb. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşıları tərbiyəçilər və texniki işçilərlə tibbi-profilaktik işlər həyata keçirir.

Tərlan Muxtarova - Kür qəsəbə körpələr evi-uşaq bağçasının müdiri: Bağçamızda təmizlik işləri aparılıb. Bütün otaqlar dezinfeksiya olunur. Ərzaqla təchziat tam yerinə yetirilib. Istilik sistemləri işlək vəziyyətdədir. 15 fevral tarixində uşaqların yolunu gözləyirik.

Bağçaların personalı pandemiya şəraitdə iş qaydaları ilə bağlı təlimatlandırılıb. Bütün tərbiyyə müəsssisələri tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib.

Şəmkir rayonunda olduğumuz bütün körpələr evi uşaq bağçasının girişində bu cür mənzərə ilə rastlaşırıq. Belə ki bağçanın girişində spirt eyni zamanda temperaturu ölçən cihaz eləcədə əlcək və maska qoyulub. Buda bağçaya daxil olan hər bir şəxsin temperaturunun ölçülməsi tibbi məhluldan istifadəsi eləcədə əlcək və maskadan yararlanması deməkdir.

Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların havalandırılması, mətbəx və sanitar qovşaqların tələblərə uyğun olması yoxlanılır.

Aynur Nağızadə - Plankənd 2 saylı körpələr evi-uşaq bağçasının müdiri:  Qış ayı olmasını nəzərə alaraq demək istəyirəm bağçamız mərkəzi qazanxana sistemi ilə təchiz olunub. İstilik cəhətdən heç bir sıxıntımız olmayacaq. Bununla da bağçamız tamamailə yararlıdır.))

Hər bir bağçanın girişində dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Səhhətində hər hansı narahatrlıq olan uşaqların tərbiyyə müəssisələrinə gətirilməməsi tövsiyyə olunur.

Gülnar Qasımova - Çaparlı kənd körpələr evi-uşaq bağçasının müdiri:  Bağçamızda hazırlıq işləri yüksək səviyyədə gedir. Bütün işçi heyəti 15 fevral tarixindən tədrisin yenidən başlnamasına hazırdır. Bundan başqa qida ilə bağlı təchizat tam yerinə yetirilib.))

Rayonda uşaq bağçalarının fəaliyyətinə Şəmkir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları nəzarət edəcək. Rayonda 52 körpələr evi uşaq bağçası fəaliyyət göstərir və bu tərbiyyə müəssisələrinə 3 mindən çox uşaq cəlb olunur.