• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1885
— 14.02.2021 19:01

Milli Məclis üzvləri ABŞ senatorlarının məktubu ilə bağlı bəyanat yaydı

KepezTV Player

Milli Məclisinin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb. Bəyanat ABŞ Senatının bəzi üzvləri tərəfindən Prezident Cozef Baydenə ünvanlanmış məktubla əlaqədar verilib. Beynəlxalq hüququn verdiyi haqlardan istifadə edərək öz ərazi bütövlüyünü təmin edən, Dağlıq Qarabağ münaqişəsini həll edən Azərbaycana dəstək verdiyi üçün Türkiyəni qərəzli tənqid edən senatorlara cavab bəyanatında onların ötən illər ərzində Ermənistanı işğala son qoymağa çağırmadıqları təəssüflə qeyd olunur. Senatorların Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsini, insanların öz torpaqlarından qovularaq məcburi köçkünə çevrilməsini, qətliamları, müharibə cinayətlərini pisləmədikləri bəyanatda vurğulanır. ABŞ senatorlarının öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanı münaqişəni həll etdiyi üçün ittiham etməsi qəbuledilməz, Türkiyənin daxili işlərinə qarışmaq cəhdləri yolverilməzdir.