• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2023
— 14.02.2021 19:22

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

KepezTV Player

Dövlət başçımız "xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbərinin bizi olduqca sarsıtdığını" vurğulayaraq, dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətləndiyini, terrorizmin bütün təzahürlərini qətiyyətlə pislədiyini qeyd edib. "Baş vermiş bu faciə ilə əlaqədar Sizə, qətlə yetirilənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm" deyə Azərbaycan Prezidenti bildirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən Qara bölgəsində PKK terrorçularına qarşı başlatdığı “Pençe Kartal-2” hərbi əməliyyatı zamanı terrorçuların sığındığı mağaradan 13 günahsız Türkiyə vətəndaşının cəsədi aşkarlanıb. Əməliyyat nəticəsində 3-ü “yüksək səviyyəli səlahiyyətli”lər olmaqla 53 terrorçu ölü, 2-si isə sağ vəziyyətdə ələ keçirilib”. Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar “Pençe Kartal-2” Hərəkatı haqqında açıqlama verərkən bildirib. “Beləcə terrorçuların xain və qatil siması bir daha sübut edildi” deyə nazir vurğulayıb.