Ötən il Göygöl rayonunda kənd təsərrüfatında çalışan 1700 fermer əkdikləri bitkiləri bəyan edib. Bu istehsalçılara əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq, motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsindən 700 min manata yaxın subsidiya verilib. Hazırda fermerlərin payızlıq əkinlərinə görə subsudiyyaların alınması üçün siyahıya alınması prosesi davam edir.
Fermer subsidiya əldə etmək üçün qeydiyyatla bağlı Dövlət Aqrar İnkişaf Mərkəzinə müvafiq sənədlərlə müraciət etməlidir. Fermerin şəxsi kabinetində torpaq sahəsi və əkiləcək məhsul barədə məlumatlar daxil edilir. Məlumatlar təsdiq olunana qədər fermer əkin bəyanında dəyişiklik edə bilər.
Asəf Cəmilov - fermer: Göygöl rayonun Quşçu kəndində yaşıyıram. 1 ha torpağa buğda əkmişəm. Subsidiyya ilə bağlı sənədlərimizi təqdim etdim. İndi nə vaxt kartımıza köçürəcəklər onda da götürəcəyik. Çox razıyıq, hər il də əkirik biçirik götürürük.
Rəfayıl Mustafayev - fermer: Fermer təsərrüfatım var. 2020-ci ildə 160 ha taxıl əkmişdim. Yaxşı məhsul götürdüm, subsidiyanı vaxtında götürdüm. 2021-ci ilə də 155 ha taxıl əkmişəm bitiş çox gözəl alınıb. Bütün sənədlərimi təqdim eləmişəm. Subsidiyamı da vercəklər həmin subsidiyyada gübrə vercəm.
Ayişə Novruzova - Göygöl DAİM-in bitkiçilik sektorunun baş məsləhətçisi: Onlar operatorlarımız tərəfindən təstiq olunduqdan sonar həmin sənədlərə uyğun olaraq müraciət formalaşır. Müraciət formalaşdıqdan sonar manitorinq həyata keçilir. Manitorinqdən sonar sonar fermerlər öz fermer kartları vastəsi ilə subsidiyalar ödənilir.
Fermerlərə subsidiya elektron kənd təsərrüfatı informasiya sisteminə uyğun olaraq ötən ildən verilir. Vəsaitin 25 faizi nəğd, qalan hissə isə gübrə, toxum alınmasına qeyri-nəğd formada xərcləyə bilər. Subsidiya fermer kartına martda köçürüləcək.
Adil Kərimzadə - Göygöl DAİM-in Bitkiçilik Sektorunun müdiri: 2021-ci ildə Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun olaraq 20 ha qədər buğda əkini aparmış fermerlərə hər hektarına görə 200 manat, 20 ha yuxarı buğda əkini aparmış fermerlərin 20 ha yuxarı olan hissəsinə hər hektarına 160 manat subsidiya veriləcəkdir. Əlavə olaraq bu ildən yonca bitkisinədə əlavə olaraq 50 manat veriləcəkdir. Nar və zeytun əkini aparmış fermerlərə hektarına görə bir dəfəlik yardımlar aparılacaqdır ki, bu da yenilikdir. Bundan əlavə intensiv meyvə bağlarının da hektarına 700 manat dövlət tərəfindən 4 il müddətinə subsidiya ödəniləcəkdir. Digər bitkilərdə də subsidiya əmsalları dəyişməz olaraq qalıb.
Göygöldə 2021-ci il məhsulu üçün 7217 ha ərazidə dənli taxıl bitkilərin əkini aparılıb. 4361 ha buğda, 2741 ha arpa, 115 ha xəsil əkilib. Payızlıq dənli bitkilərin səpinini aparan 2840 fermer barədə məlumatlar sistemdə qeydiyyata alınıb.
Elnur Vahidoğlu
- Baxış: 1396