• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2213
— 13.02.2021 19:55

Bağçalar uşaqları qəbul etməyə hazırlaşır

KepezTV Player

Pandemiya qaydalarının yumşaldılması ilə əlaqədar olaraq məktəbəqədər təhsil müəsisələrinin də fəaliyyətinə icazə verilir. Artıq fevralın 15-dən körpələr bağçaya gedə biləcəklər. Bununla bağlı olaraq Gəncədəki 42 uşaq bağçasında da hazırlıq işləri yekunlaşıb.

Davam edən pandemiyə şəraitində fəaliyyətini bərpa edən uşaq bağçalarında işlər xüsusi karantin rejiminin tələblərinə uyğun qurulub. Binalarda profilaktik tədbirlər görülür, tənəffüs yollarını qoruyan vasitələr, dezinfeksiyaedici məhlullarla təmanat həyata keçirilir. Şəhər dezinfeksiya stansiyasının əməkdaşları xüsusi hazırlanan dərmanlarla binaların həyətini, girişini, piləkənləri təmizləyir. Tərbiyyə müəsisələrinin girişlərinə müürifləndirici məlumat lövhələri də asılıb. Binaya daxil olan tərbiyyəçi, texniki işçi və uşaqların hərarətinin ölçülməsinə də xüsusi diqqət yetiriləcək. Bağçaların yataq, oyun, yeməkxana, mətbəx və digər otaqları da uşaqlara xidmət üçün hazır vəziyyətdədir.

Aypara İbrahimova - baxçanın aşpazı: Təmizlik işlərimiz yerbəyerindədir. Aynaları təmizlədik, otaqları, yerləri xlorladıq. Uşaqların yediyi boşqablar, fincanlar, stəkanlardı, yemək bişirdiyimiz qazanlardı xlorladıq dezinfeksiya elədik. Fevral ayının 15-ə biz hazırıq.

Otaqların havalandırılması aparılıb, sanitar qovşaqların işlək vəziyyətdə olması da yoxlanılıb. Bundan başqa məşğələ otaqları da xüsusi məhlullarla yuyulub, gigiyenik vastələrlə təmin edilib. Məktəbəqədər təhsil müəsisələrinin yeməkxanalarında da xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq uşaqlar ara məsafəsi gözlənilməklə əyləşəcəklər.

Məhəbbət Atakişiyeva - 2 nömrəli uşaq baxçasının müdiri: Gəncə şəhəri 2 nömrəli uşaq baxçasında da müvafiq tədbirlər görülür. Bütün baxçada tam dezinfeksiya işi görülür. İstilik sitemi bərpa olunur. Tərbiyyəçilər və texniki işçilər tərəfindən geniş təmizlik və tibbi praflaktik işlər görülür. Girişdə dezinfeksiya edici məhlul qoyulubdur. Hər gün baxçıya gələn işçi heyyəti və uşaqların tempuraturu ölçüləcəkdir. Tərbiyyəçilər valideynlərlə əlaqə saxlıyacaq.

Gəncənin 42 məkətəbəqədər təhsil müəsisəsi valideynin istəyindən asılı olaraq balacaları qəbul edəcək. Təlimata uyğun olaraq uşaq bağçalarında şənbə və bazar günləri dezinfeksiya işləri aparılacaq.

 

Elnur Vahidoğlu