• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1715
— 13.02.2021 12:29

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis   Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində tədbirləri davam etdirirlər. Aparılan müvafiq tədbirlər nəticəsində avtoxuliqanlıq edərək asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlanılıb.

İşıqforun qadağan siqnalına məhəl qoymayaraq özü və digər hərəkət iştirakçıları üçün təhlükə yaratdı. etdiyi qayda pozuntusu ilə təhlükəsiz şəhər kameralarına düşdü.

Araşdırmalarla avtoxuliqanlıq edən şəxsin əvvəllər də dəfələrlə qayda pozuntusuna yol verdiyinə görə məhkəmənin qərarı ilə sürücülük hüququndan məhrum edilən Samir Məmmədov olduğu müəyyənləşib.

Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı “Şəhər sakini, Samir Məmmədov “Wolksvagen Touareg”  markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub. Onun barəsində DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib”.

Məhkəmənin qərarı ilə Samir Məmmədov 20 gün müddətində inzibati qaydada həbs edilib. Vətəndaşlardan xahiş olunur ki, yol hərəkəti qaydalarına riayət edərək özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükədən qorusunlar. Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi tərəfindən bundan sonra bu kimi hallara qarşı barışmaz mübarizə davam etdiriləcək. Şəhərin bütün küçə və prospektləri təhlükəsizlik kameraları vasitə ilə izlənilir.

 

Natiq Hüsey