• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 972
— 13.02.2021 12:02

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 7 şəxsin meyiti təhvil verilib

KepezTV Player

10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hesab olunan şəxslərin axtarılması, onların talelərinə aydınlıq gətirilməsi, hərbi əməliyyatların aparıldığı bölgələrdə meyitlərin basdırıldığı ehtimal edilən ərazilərdə müvafiq ekshumasiya tədbirləri davam etdirilir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə ötən gün Azərbaycan Hərbi prokurorluğu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi nümayədələrinin iştirakı, BQXK-nın vasitəçiliyi ilə birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarına aid olduğu güman edilən 7 meyitin qalıqlarını erməni tərəfi Şuşa şəhəri yaxınlığında təhvil verib.  Həmin cəsədlərin qalıqlarının eyniləşdirilməsi məqsədilə aparılan təxirəsalınmaz zəruri prosedurlar bitdikdən sonra meyitlər ailə üzvlərinə veriləcək.