• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 971
— 13.02.2021 12:03

26 fevral Azərbaycan günü elan edilib

KepezTV Player

ABŞ-ın Minnesota ştatında 26 fevral Azərbaycan günü elan edilib. Bu barədə ştatın qubernatoru Tim Volz bəyanat imzalayıb. Sənəddə Minnesotada yaşayan azərbaycanlıların ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdə olduqları qeyd edilir. Bəyanat ölkəmizlə bağlı həqiqətlərin təbliğində Minnesotada yaşayan azərbaycanlıların uğuru kimi dəyərləndirilə bilər. Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.