• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1077
— 12.02.2021 19:34

Gəncə-İstanbul reysləri mayda bərpa oluna bilər

KepezTV Player

Millət vəkilinin Gəncə-İstanbul reyslərinin açılması ilə bağlı təklifinə "Türk hava yolları" da müsbət yanaşır və aviaşirkət Nizami yurduna uçuşları bərpa etməyi planlaşdırır. Bunu şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib. Onun sözlərinə görə, Gəncə, Göygöl, Gədəbəy və Naftalanın turizm potensialının inkişafı turistlərin sayına müsbət təsir göstərir. Bu amilləri nəzərə alaraq şirkət Gəncəyə münasib qiymətlərlə aviareysləri təşkil etməyi planlaşdırır. Gəncəyə reyslərin 2021-ci il mayında başlanması nəzərdə tutulur.