KepezTV Player
Bir sıra dövlət şirkətinin bugünkü fəaliyyəti günün tələblərinə uyğun deyil, bir sıra hallarda isə idarəetmənin effektivliyi aşağıdır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, dövlət şirkətlərinin xərclərinin, tender prosedurlarının şəffaflığı tam təmin edilməyib. "Büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduğu halda, bir çox hallarda dövlət şirkətləri zərərlə çalışır. Bu sahədə artıq ciddi islahatlar həyata keçirilir. Dövlət şirkətlərinin effektivliyinin artırılması və onların ciddi bazar dəyərinə çatdırılmasına nail olunmalıdır", - deyən nazir vurğulayıb ki, dövlət şirkətlərinin idarəetməyə verilməsi sahəsində əsaslı islahatlar hazırlanır.
- Baxış: 1585