KepezTV Player
Ağstafa rayon Polis Şöbəsinə Köçəsgər kəndindəki fərdi yaşayış evlərinin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, iştirakçılar Polis Şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları izah olunub. 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
- Baxış: 627