• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 11.02.2021 19:01

Prezident İlham Əliyev Sərəncam imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Prezidenti ilə razılaşdırmaqla İnvestisiya Holdinqinə həvalə edilib, Müşahidə Şurası yaradılıb.

Dövlət başçısının digər sərəncamına uyğun olaraq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb, İnvestisiya Holdinqinə verilib, Müşahidə Şurası təşkil edilib.
Azərbaycan Prezidenti Dövlət başçısı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə ali təhsil ocağının bir qrup əməkdaşının “Şöhrət” və “Tərəqqi” medalı ilə təltif edilməsi, “Əməkdar müəllim”, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adı, həmçinin fərdi təqaüdün verilməsi barədə də sərəncam imzalayıb.