KepezTV Player
Xaçmazda gizli toy edənlər saxlanılıblar. Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman restoranlardan birində gizli şəkildə toy mərasiminin keçirildiyini aşkar ediblər. Məclis dərhal dayandırılıb, təşkilatçısı və orada iştirak edən 50-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Toy iştirakçılarından 19 nəfərə cərimə protokolları tərtib olunub, qadınlar və azyaşlılarla isə profilaktiki söhbətlər aparılaraq karantin rejimi qaydalarına riayət etmələri barədə məlumat verilib.
- Baxış: 471