Ağır yaralanan qazilərimiz İsayev Valeh Mehrac oğlu, Həmidov Məhərrəm Əliəşrəf oğlu və Rəsulov Elşad Əlmurad oğlu “YAŞAT” Fondu tərəfindən xaricə göndəriliblər. Həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. “YAŞAT” Fondu həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edəcək. Eyni zamanda, Vətən müharibəsində yaralanan qazilərimizin müalicəsinə xaricdən həkimlər cəlb olunacaq. “YAŞAT” Fondu tərəfindən hazırda Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət edilməsi istiqamətində müvafiq tədbirlər görülür. “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib. 8110 “Çağrı” Mərkəzi də fəaliyyət göstərir.
- Baxış: 335