Yüksək sürətlə avtomobil idarə edib özlərini və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan sükan sahibi bu dəfə də yol polisindən yaxa qurtara bilməyib. Şəmkirdə daha iki belə “qəhrəman” sürücü barəsində qanuna müvafiq tədbir görülüb.
Görütünlər Şəmkirin Kür qəsəbəsindəndir. Rayonun Yol Polisi qəsəbənin Səməd Vurğun yaşayış massivində “VAZ 2106” markalı avtomobillə avtoxuliqanıq etdiyinə görə, Raqif Abbasovu saxlayaraq şöbəyə aparılıblar. Eyni halın bir daha təkrarlanmaması üçün onunla profilaktik söhbət aparılıb. Qaydaları pozan şəxs əsəbi olaraq törətdiyi əməlinə görə peşman olduğunu bildirib.
Raqif Abbasov avtoxuliqanlıq edən şəxs Saxla işarəsi verdilər saxlamadım. Sürdüm çıxdım getdim sonar da çağırdılar cəzamı aldım. Yəni bilmirdim belə ola bilər. İndi də peşmançılıqıdır.
Şəmkirin yol polisləri avtoxuliqnalıq edən daha bir şəxsi isə Şəmkir-Gədəbəy yolunda saxlayıblar. Rayon sakini Kənan Hüseynovun barəsində toplanan materiallar baxılması üçün məhkləməyə təqdim olunub.
Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı Şəmkir rayon sakini Kənan Hüseynov idarə etdiyi VAZ 2107 markalı avtomobillə Şəmkir-Gədəbəy yolu ilə hərəkətdə olan zaman avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçıları üçün təhlükəli anlar yaşadıb. Dərhal həmin avtomobil sahibinin yaşadığı ünvan müəyyən edilərək rayon Polis Şöbəsinə dəvət olunub. Onun barəsində qanuna mavafiq tədbir görülüb.
Hər iki sükan sahibi bir illik sürücülük hüququndan məhrum edilməklə sutkalıq həbs cəzası alıblar.
Natiq Hüseyn
- Baxış: 885