"Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi hazırda 4,5 milyard ABŞ dolları civarındadır. Hədəf bu rəqəmi 15 milyard ABŞ dollarına çatdırmaqdır. Gələcək dövrdə Qarabağdakı investisiya potensialı ilə birlikdə hədəfə çataçağımızı, hətta keçəcəyimizi düşünürəm". Türkiyə-Azərbaycan İş Şurasının rəhbəri Selçuk Akatın sözlərinə görə, Azərbaycanla əməkdaşlıq edən qurum və təşkilatlarla əlaqələr davam etdirilir. Qarabağ zəfəri ilə birlikdə yeni dövrün başladığını bildirən Selçuk Akat Qarabağın ən qısa zamanda Azərbaycanın digər bölgələrinin inkişaf səviyyəsinə çatması üçün böyük invetisiya qoyuluşu planlaşdırıldığını deyib. "Türk inşaat şirkətləri olaraq Qarabağda işləmək bizim borcumuzdur. Qarabağın inkişafı üçün türk şirkətlərinin işləməsini biznes deyil, bir vəzifə olaraq görməliyik”, - deyə Akat vurğulayıb.
- Baxış: 283