Son zamanlar bəzi erməni mənbələrinin yazdığına görə, Ermənistan rəhbərliyi Mehri dəhlizinin Ermənistana məxsus olduğunu iddia edir. Lakin Ermənistanın və Rusiyanın dövlət arxivlərində olan sənədlər sübut edir ki, Mincivan–Ordubad nəqliyyat dəhlizinə məxsus bütün infrastruktur Azərbaycana məxsus olub. Bunu Trend-ə Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib. Mehrinin ümumilikdə Ermənistan ərazisi olmadığını bildirən İsmayılov vurulayıb ki, dəhliz Araz çayı boyunca İranla həmsərhəd olduğundan ermənilər bu əraziyə xüsusi icazə ilə buraxılırdılar. Mütəxəssis əlavə edib ki, Mincivan – Culfa dəmir yolu dəhlizi bütün tarixi boyu Azərbaycanın nəzarətində olub. Stansiyalara və bütün infrastrukturlara nəzarət, biletlərin satışı və qatarların hərəkət cədvəlini Bakı təmin edirdi. Mehri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Mehri Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi.
- Baxış: 251