• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 09.02.2021 09:28

Qəzalarda 4 nəfər xəsarət aldı

KepezTV Player

Gəncədə yol qəzası baş verib. Şəhərin Eminbəyli küçəsində "VAZ 2112" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Daha bir hadisə Atabəylər prospektində olub. Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 27 yaşlı Röyal Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin hazırda orta ağır olduğu bildirilir.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Şah İsmayl Xətai prospektində isə yolu keçmək istəyən 29 yaşlı Mübariz Hümbətovu minik maşını vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Faktlarla bağlı araşdırmalar aparılır.