• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1703
— 08.02.2021 19:02

Cəbrayılda minaya düşən iki nəfərin meyit fraqmentləri tapılıb

KepezTV Player

Cəbrayıl rayonunda 3 nəfərin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, fevralın 7-də Füzuli rayon sakinləri Mehman Quliyevin, İlqar Əhmədovun və Müstəqim Ələsgərovun Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində olarkən İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin tank əleyhinə minaya düşərək partlaması faktı ilə bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılıb. Prokurorluq əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti, başqa şəxslərə aid meyit fraqmentləri aşkar edilib, həmin fraqmentlərin İlqar Əhmədova və Müstəqim Ələsgərova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.