• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1419
— 08.02.2021 20:20

Vaksinayanın ikinci mərhələsi başlayıb

KepezTV Player

Ağstafa və Goranboy rayonunda yeni növ koronavirusa qarşı peyvəndləmə prosesinin ilkin mərhələsi başa çatıb. Hər iki rayonda əvvəlcə risk qrupuna daxil olan tibb işçiləri, indi isə 65 yaşdan yuxarı şəxslər vaksinasiyaya cəlb edilir.

Peyvənd üçün Ağstafa Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində 6 xüsusi otaq yaradılıb. Burada gözləmə, qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları ilə yanaşı, vaksinasiyadan sonra səhhətində hər hansısa problem yaranan şəxslər üçün təcili yardım otağı da yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Gün ərzində 100 nəfərin peyvəndlənməsi mümkündür. Vaksinlər tələb olunan normalara uyğun şəkildə tibb məntəqələrində quraşdırılan soyuducularda saxlanılır.

Zoya Nəbiyeva Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru  Peyvənd olunmaq üçün müraciət edən şəxslər əvvəlcə qəbul otağına keçir. İlkin həkim müayinəsindən sonra peyvənd otağında qeydiyyatdan keçirlər və peyvənd alırlar. Peyvənd alan şəxslərə xüsusi sertifikatlar verilir.

Xəstəxananda çalışan 773 nəfər personaldan 500-dən çoxu vaksinasiyaya cəlb edilib. İlkin olaraq rayona 670 doza vaksin gətirilib.

Ceyran Məmmədova rayon sakini Bütün hamıya tövsiyyə edirəm peyvənd götürsün. Bu xəstəliklə bağlı ancaq peyvəndə üstünlük vermək lazımdır.

Goranboy rayonunda da vaksinasiya prosesinin növbəti mərhələsi başlayıb. Bu günədək rayona 1180 doza vaksin göndərilib və ilkin mərhələdə 587 tibb işçisinə vurulub. Artıq vaksinasiyanın növbəti mərhələsinə start verilib.

Arifə Əliyeva sahə həkimi Bu gündən 65-dan yuxarı şəxslərin vaksinasiyası başlayıb. Ancaq onun üçün əvvəlcədən SMS vasitəsi ilə icazə alınmalıdır.  İndi onların vaksinasiyasına başlamışıq.

Hər iki rayonda vaksinin vurulması üçün ixtisaslı tibbi personal xidmət aparır. Peyvənd edilən şəxslər arasında hər hansı bir narahatçılıq qeydə alınmayıb.

Natiq Hüseyn