• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1415
— 08.02.2021 15:32

DİN dilənçi "qazi" ilə bağlı məlumat yayıb

KepezTV Player

Paytaxtın Yasamal rayonunda qazi adı ilə vətəndaşlara yaxınlaşaraq insanlardan pul istəyən şəxs saxlanılıb. Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir zamanı bu əməli törətməkdə şübhəli bilinən Elbrus Hüseynov tutulub. Araşdırmalarla onun ümumiyyətlə heç bir hərbi əməliyyatda iştirak etmədiyi məlum olub. Elbrus Hüseynovun qolundakı tibbi sarğıya baxış zamanı zədə və yaralanma əlamətləri də aşkar edilməyib. Qəsdən insanları aldatmaq və guya Vətən Müharibəsi qazisi görüntüsü yaratmaq üçün qolunu sarıyan Hüseynov barəsində 26-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.