• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1472
— 08.02.2021 12:06

Qarabağ münaqişəsindən sonra bölgədə yeni imkanlar yaranıb - Zərif

KepezTV Player

Qarabağ münaqişəsinin başa çatmasından sonra bölgədə yeni imkanlar yaranıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin sözlərinə görə, bu imkanlardan biri dəmiryol xətləridir. Onlardan biri Culfa dəmiryol xəttidir, ikinci dəmiryol xətti isə İranı Rusiyaya birləşdirir. Bu dəmiryol xətləri uzun illər idi ki, fəaliyyət göstərmirdi:“Hazırda Qafqazda yeni bir əməkdaşlıq platformasının yaradılması ilə Azərbaycan və Ermənistan, Gürcüstan və Rusiya, həmçinin Ermənistan və Türkiyə arasında stabilliyin əldə olunmasına imkan yaranıb” deyən XİN rəhbəri bildirib.