• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2321
— 07.02.2021 19:16

Fərqliliyi ilə diqqət çəkən rəssam...

KepezTV Player

İncəsənət ruhun qidasıdır, onu gözəlləşdirər. Gəncə Gənclər evinin metodisti, dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın hazırladığı əl işləri də fərqliliyi ilə diqqət çəkməyi bacarır.

Bu həyatda hər kəs özünə uyğun bir peşəyə sahib olmaq üçün çalışır. Bu iş özləri ilə yanaşı, ətrafdakı insanların maariflənməsinə, dünya görüşlərinin artmasına xidmət edir. Sona Məhərrəmovanın ərsəyə gətirdiyi əl işlərinə baxanda isə insan mənəvi rahatlıq tapır. Biz bunları rahatlıqla Əl əməyi göz nuru adlandıra bilərik. Ələxsus da Sona xanım son dövrlər zər texnologiyası ilə Şəhidlərimizin şəkilini işləməyə köklənib. Deyir ki, “Siz şəhid ailələrini ziyarət edib reportaj hazırlayaraq, şairlər şeir yazaraq, mən isə qəhrəmanlarımızın şəkillərini çəkərək onlara olan borcumu ödəməyə çalışıram.

Əl işlərinə nəzər salanda burda biz duzlu xəmirlə ərsəyə gələn, milli atributlarımız ilə bəzənən boşqab, Azərbaycanın qədim xalq sənəti bədii şuşə ilə stəkanlar, çayniklər, Yumurta qabığı üzərində çəkilən şəkilləri görə bilərik. Bir də string art texnologiyası ilə hazırlanan, əl işləri içində Şah əsəri adlandırdığı ulu öndər Heydər Əliyevin rəsmi.

Sona Məhərrəmovanın 3 fərdi sərgisi keçirilib. Eyni zamanda, "Al-Əlvan Qarabağ" şüşə üzərində rəsm müsabiqəsində 1-ci yerə layiq görülüb. “Özün Yarat” müsabiqəsində kağız kateqorası üzrə də qalibdir Sona Məhərrəmova. O bütün bildiklərini rahatlıqla, gələcək nəsilə ötürür. "Nizami Gəncəvi İli"nə də öz töhfəsi var yaradıcı xanımın.

Nərgiz Əhmədqızı