• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 718
— 06.02.2021 16:20

Yeni salınan ərazilər təmizlənib

KepezTV Player

Gəncədə, şəhərin şərq istiqamətindən giriş hissəsinin ətraf ərazilərində iməcilik keçirilib. Ərazi məişət və politelin tullantılardan təmizlənib, yol kənarlarında olan zibillər yığılıb, qurumuş otlar biçilib. Şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin canlı qüvvəsi və texnikaları tərəfindən görülən işlər əsasən yeni salınan əraziləri əhatə edib. Ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədilə yol və səkilərdə də təmizlik işləri aparılıb. Eləcə də şəhərin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlər aparılıb.

Elşad Əsgərov MKTİB-in rəis müavini: Həmişə olduğu kimi hər həftənin şənbə günləri Gəncədə havanın mülayim keçməsi ilə bağlı olaraq bizim Mənzil Komunal İstehsalat Birliyi Tərəfindən iməcliklər edirik. Bu gün imərcliyimiz Nizami prospektindən Bakı istiqamətində, M.Cəfərov küçəsinin kəsişməsində əsasəndə M.Cəfərov küçəsində başlamış iməclik aparırıq. Bütün Mənzil Komunal İstehsalat Birliyinin mənzil istismar sahələri təmizlik şöbəsi, yaşıllaşma, təmir tikinti tərəfindən gördüyünüz kimi iməclik aparılır. İndi burda əsasən bu küçədə M.Cəfərov küçəsində layihədən sonra bəzi yerlər var ki töküntülər var, zibillər var olar götürülür. Qurumuş otlar vurulur. Bu qaydada işlərimiz davam edir.