KepezTV Player
Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl şəhərində olublar. Diplomatik korpus nümayəndələri Cəbrayılda məzarlıq və ermənilər tərəfindən dağıdılmış digər əraziləri öz gözləri ilə görüblər. Səfirlər, həmçinin Cəbrayılda ermənilərin dağıtdıqları Mədəniyyət Evi ilə tanış olublar. Dünya şöhrətli fotoqraf Reza Deqati diplomatik korpus nümayəndələrinə mdəniyyət evinin əvvəlki vəziyyəti və dağntılar barəsində məlumat verib.Daha sonra Mədəniyyət Evinin dağıntıları arasında uzun illərdən sonra ilk dəfə musiqi səsləndirilib.
- Baxış: 315