• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1552
— 05.02.2021 19:02

Füzuliyə qanunsuz yollarla keçən 7 nəfər saxlanıldı

KepezTV Player

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən işğaldan azad edilən ərazilərə qanunsuz səfər edən vətəndaşlara həyat və sağlamlıqları üçün ciddi təhlükə olması dəfələrlə xəbərdarlıq edilsə də, ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq polis postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə məlumatlar əldə edilməkdədir. Belə məlumatların yoxlanılması və bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə fevralın 4-də Füzuli rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə əraziyə qanunsuz yollarla keçmiş 7 nəfər aşkar edilərək saxlanılıb. Füzuli rayon Məhkəməsi həmin şəxslərin əməllərinə hüquqi qiymət verərək onlardan 6 nəfəri barəsində 30 sutka inzibati qaydada həbs, 1 nəfər barəsində isə 150 manat məbləğində cərimə tətbiq edilib.