• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 838
— 05.02.2021 19:30

Kəlbəcərdə polisin 4 sahə məntəqəsi yaradılıb

KepezTV Player

Kəlbəcər işğaldan azad edildikdən sonra Rayon Polis Şöbəsinin əməkdaşları daimi dislokasiya yerlərinə qayıdıblar. Polis əməkdaşları Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə xidmət aparırlar. Rayonda yerləşdirilən şəxsi heyət təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir, əraziyə yalnız xüsusi icazəsi olan şəxslərin buraxılmasını təmin edirlər. Polis əməkdaşlarının xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Rayon Polis Şöbəsinin yerləşdiyi inzibati bina əsaslı təmir edilib, səmərəli xidmət üçün zəruri şərait yaradılıb. Ərazinin çətin relyefi nəzəra alınaraq post-patrul xidməti əməkdaşları “pikap” tipli avtomobillə təmin edilib. Polis Şöbəsinin ərazi üzrə 4 sahə məntəqəsi yaradılıb. Rayonun girişində və ərazisində qurulan stasionar postlarda polis əməkdaşlarının rahat və təhlükəsiz xidmət aparması üçün dəmir konstruksiyalı postlar da quraşdırılıb.