"Dövlət başçısının yeni sərəncamı ilə fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı da istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilərək yanvarın 1-dən 2,8 % artırılır". Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişovun sözlərinə görə, bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir. Pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93 %-ni əhatə edir. Digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir. Artım 2021-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Ötən il orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə isə pensiyaların sığorta hissəsi indeksləşdirilərək 11,4 faiz artırılır.
- Baxış: 368