Bu gün doğma Kəpəz FM radiosu 8 yaşını qeyd edir. Radio 2013-cü ilin 5 fevralından bu günə kimi həm yayım dairəsini, həm də dinləyicilərinin sayını artıraraq, geniş auditoriya toplamağı bacarıb. "Kəpəz FM"də həftə içi hər gün 8 dəfə, şənbə günü isə 3 dəfə olmaqla efirə çıxan xəbərlər buraxılışı vasitəsilə dinləyicilər regionlarda baş verən ən son hadisə və proseslərdən agah olurlar. Həftənin 5 günü "Vaxt bizim, söz bizim" verilişi ilə günün maraqlı məsələlərindən danışılır, dinləyicilərin mesajları oxunur. Şənbə günü yayımlanan Top 20 hit paradında xarici mahnıları, bazar günü isə Milli 20 hit paradında azərbaycan və türk mahnılarını dinləmək şansı var. Həmkarlarımızı bir daha təbrik edir, işlərində uğurlar arzulayırıq. "Kəpəz FM"i dinləməklə həyatın dadını hiss etməyə davam edin. Elə radionun şüarında deyildiyi kimi: "Dinlə, Hiss et, Arzula!"
- Baxış: 340