• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1265
— 05.02.2021 15:25

Oğlanlarının müharibədə itkin düşdüyünü iddia edən qadını ictimailəşdirənə xəbərdarlıq

İki oğlunun müharibədə itkin düşdüyünü iddia edən qadını ictimailəşdirən şəxsə xəbərdarlıq edilib. Belə ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Əfsanə Rüstəmovanın “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə iki övladının Vətən müharibəsində itkin düşdüyünü bildirən Rəna Kazımova adlı qadının videogörüntülərini ictimailəşdirməsi, övladlarından xəbər ala bilmədiyini diqqətə çatdıran həmin qadına köməklik göstərilməsi ilə bağlı çağırış etməsi müəyyən edilib. Məlumatlar yoxlanılarkən qanunvericiliyinin tələblərinin pozulması aşkar edilib. Rüstəmova Baş Prokurorluğa dəvət edilib və ictimai rəyi çaşdırmaq, sensasiya naminə dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi güdməklə konkret faktlara əsaslanmayan məlumatların qanunsuz olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.