Ordumuzun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması üçün lazımi materialların toplanılmasına başlanılıb. Memorial kompleksin və muzeyin yaradılması ilə əlaqədar İşçi qrupunun onlayn iclası zamanı Mədəniyyət naziri Anar Kərimov artıq vətəndaşlarla yanaşı, dövlət qurumları tərəfindən də müvafiq materialların təhvil verildiyini qeyd edib. Muzey 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığı, birliyi əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda xalqımızın qəhrəmanlıq irsini və qazanılmış Qələbəni müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olacaq.
- Baxış: 289