KepezTV Player
Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi və Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb. Doktorantura istisna olmaqla, təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək. Bundan əlavə, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayış veriləcək.
- Baxış: 302