KepezTV Player
Bu gündən Azərbaycanda koronavirusa qarşı peyvənd olunmaq istəyən vətəndaşların yeni yaradılan randevu.its.gov.az saytı üzərindən müraciətinə başlanılıb. Randevu sistemi 65 yaş və üzəri, həmçinin son 1 il ərzində COVID-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara SMS vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura biləcəklər. Fevralın 8-dən başlayaraq yaşı 65-dən yuxarı olan vətəndaşlara peyvənd vurulacaq. Yalnız öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür və ikinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcək.Gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir.
- Baxış: 348