KepezTV Player
Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası keçirilib. Nazir Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə ardıcıl, sistemli və səmərəli şəkildə çatdırılması, bu istiqamətdə xaricdəki diplomatik nümayəndəliklərimizin fəaliyyətinin canlandırılması, onların diaspora təşkilatları ilə sıx əlaqədə fəaliyyət göstərməsi və digər məsələləri qeyd edib.XİN-ə işə qəbul sistemi müzakirə edilib. Kadr siyasətində şəffaflığı təmin etmək məqsədilə cari il ərzində Nazirlikdə işə qəbulun ictimaiyyət üçün açıq müsabiqə əsasında təşkil ediləcəyi, bununla yanaşı, bu ildən başlayaraq mövcud kadrların müxtəlif ixtisasartırma proqramlarına fəal şəkildə cəlb edilməsinin təmin ediləcəyi bildirilib.
- Baxış: 185