Antisanitar vəziyyətdə ictimai iaşə obyekti, uçub dağılan mətbəx, eləcə də digər qayda pozuntuları. Bununla bərabər pandemiya qaydalarına əməl edilməməsi. Sadalanan hallar və digər gigiyena normalarının pozulması Gəncədə keçirilən reyd zamanı aşkarlanıb.
Sosial izolyasiya qaydalarına əməl etməyərək ara məsafəsi gözləmədən əyləşənlər kim, hələ bu azmış kimi maskadan düzgün istifadə etmiyənlər kim. Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşlarının Gəncədə keçirdiyi reyd zamanı fəaliyyət göstərən bu çayxanada aşkarlanan qayda pozuntuları mətbəx bölmədə hökm sürən antisanitar vəziyyəti də üzə çıxarıb.
Məzahir Rzayev obyekt sahibi: Nöqsanlarımız oldu, o nöqsanları da aradan qaldırarıq. Spirti də alıb qoyarıq.
Analoji vəziyyət Gəncənin bəzi restoranlarında da hökm sürür. Burada da xüsusi karantin rejiminin pozulduğu müşahidə edilib. Masalar arası məsafənin 2 metr olmaması, müştərilərin oturacaqlarının 1 metrdən az məsafədə yerləşməsi, iaşə obyektlərinin mətəmadi olaraq dezinfeksiya edilməməsi də aparılan reyddə rast gəlinən pozuntulardan olub.
Rəşad Qurbanov restoran sahibi: Stolların üstündə məhlullarımız olacaq, əlcəkdən istifadə olunacaqdır. Maska var yenədə həmişə ki, kimi maskadan istifadə olunacaqdır. İzah etdilər çalışacağıq ki, bütün qaydalara əməl edək.
Aparılan yoxlamalar zamanı mütamadi olaraq iaşə obyektlərində dezinfeksiya işlərinin görülməsi, iaşə obyektinə müştərilərin tibbi maska ilə qəbul olunmalı olduğu izah edilib. Eləcə də obyektdə dezinfeksiyaedici vasitələr, məlumatverici braşurlar, maska da olmalıdır.
Bürcü Cabbarov Qida Təhlikəsizliyi Agentliyinin Gəncə regional bölməsnin rəisi: Təəsüflər olsun ki, bu gün gördüyünüz kimi bəzən bu cür hallarla qarşılaşırıq ki, deyilən tələblərə əməl edilmir. Bu da inzibati qaydada tədbirlərin görülməsinə gətirib çıxarır. Tək inzibati cəza ilə deyil bu sahibkarlıq obyektinin məhdudlaşdırılması ilə də nəticələnə bilər. İnzibati xətalar məcəlləsinin müvafiq maddaələri ilə tənzimlənilir. 211.1, 211.2 və 211.3 maddələri ilə nəzərdə tutulub və bu 3-4 min məbləğində cərimələr tətbiq edilə bilər və müəsisənin fəaliyyəti məhdudlaşdırıla bilər. Fürsətdən istifadə edərək sahibkarlara Qida Təhlükəsizliyi Agentliyinin qəbul etdiyi normativ texniki sənədlərə əməl etmələrini pandemiyya dövründə Nazirlər kabinetinin müvafiq göstərişlərinə əməl edərək faəliyyətlərinə davam etmələrini tövsiyyə edirəm.
Gəncədə aparılan reyd zaman sanitar norma qaydalarına əməl etmədiyinə görə iaşə obyektlərin sahiblərinə xəbərdarlıqlar olunub. Qanun pozuntusu aşkarlananlar cərimə edilib. Analoji yoxlamalar davam etdiriləcək.
Elnur Vahidoğlu
- Baxış: 332