KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə yanvarın 31-də Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxan 38 yaşlı Səfxan Yusifov və 26 yaşlı Ramin Sadıxbəylinin Kür çayında batmalarına əsaslı şübhələrin olması barədə məlumat daxil olub.Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Çay qırağında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub. Kür çayında axtarış zonası daha da genişləndirilib, axtarışlar intensiv şəkildə davam etdirilir.
- Baxış: 345