KepezTV Player
Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqati Vətən Müharibəsinin nəticəsində işğaldan azad edilmiş əzəli torpaqlarımızda gördüklərini lentə alır. Tanınmış soydaşımız viran qalmış yurd yerlərimizdə, dağıdılmış şəhər və kəndlərdə erməni vəhşiliklərinin izlərini dünyaya çatdırmaq üçün Azərbaycanda növbəti səfərdədir. Bu dəfəki səfərində Kəlbəcər rayonunda olan fotoqraf rayon Polis Şöbəsinin qonağı olub və rayonda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən görülən işləri yaxından müşahidə edə bilib.
- Baxış: 167