• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1224
— 01.02.2021 16:08

Azərbaycan vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqəsilə səfər edə biləcək

KepezTV Player

Milli Məclisin bu gün keçirilən plenar iclasında Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib. Buna əsasən, qardaş ölkəyə ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqəsi ilə səfər etmək mümkün olacaq. Türkiyə vətəndaşları isə Azərbaycana xarici pasportsuz - şəxsiyyət vəsiqəsi ilə gələ biləcəklər. **Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanla Türkiyə arasında birgə media platformasının yaradılması barədə sənəd qanun layihəsi də müzakirəyə çıxarılaraq qəbul edilib. Birgə media platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. **Milli Məclisin plenar iclasında “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi də müzakirəyə çıxarılıb. Dəyişikliklə Azərbaycanda sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinin üzvlərinə üstünlük veriləcək. **“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliyə əsasən isə, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.