• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 01.02.2021 16:02

Kəlbəcər rayonunun Qaraxançallı kəndindən videogörüntülər yayımlanıb

KepezTV Player

Kənd bünövrəsini qoyan tayfanın adı ilə adlandırılıb. Qarabağ xanlığının qoşunu ilə birlikdə yadelli işğalçılara qarşı döyüşən əsgərlər sırasında Kəlbəcərdən olan dəstədə Allahverdi adlı bir şəxs var imiş. O, hündürboy olub. Döyüşün qızğın çağında xana xəbər çatdırırlar ki, qoşunun içərisində hündürboy bir əsgər düşmən qoşununu qırıb-talayır. Döyüşdən sonra xan həmin əsgəri yanına çağırtdırıb təşəkkür edir və ona bağışlamaq üçün bir qılınc sifariş edir. Qılınc Allahverdinin boyunun hündürlüyünə görə uzun olur. Qılıncın uzunluğuna görə də ona Karaxançallı ləqəbi verirlər. Kara türkcə böyük deməkdir, karaxançal, yəni böyük xançal. Kəndin bünövrəsini XVI-XVII əsrlərdə Karaxançallı Allahverdi qoyub.