KepezTV Player
2014-2017-ci illərdə işğal altında olan ərazilərdəki tarix və mədəni abidələrin qiymətləndirilməsi zamanı dəyən zərər 88 milyard manat civarında hesablanıb. Lakin indi aparılacaq qiymətləndirmə zamanı bu məbləğin 88 milyard manatdan daha yüksək olacağı gözlənilir. İtki və Tələfatların Qiymətləndirilməsi üzrə işçi qrupun məlumatına görə, o zamankı hesablamalar qiyabi monitorinq əsasında olub. Lakin indi hər bir abidəyə yerində baxış keçiriləcək. Şuşada abidələrlə bağlı aparılan monitorinq artıq yekunlaşıb. Amma Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda monitorinqlər qismən aparılıb və hazırda da davam etdirilir.
- Baxış: 280